Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda güclü yanğın olub

© AFP 2023 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşa məxsus "MTZ" markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib

BAKI, 17 iyul — Sputnik. Bu gün Salyan rayonu, Həsənli kəndində vətəndaşa məxsus "MTZ" markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib. Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı qoşquya yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Hadisə zamanı bir nəfər vətəndaşı cərəyan vurma nəticəsində müxtəlif bədən xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0