Çevrilişin 1 nömrəli adamı həbs edildi

© Photo : kayseri.bel.trAkın Öztürk, Türkiyə hərbi hava güvvələrin generalı
Akın Öztürk, Türkiyə hərbi hava güvvələrin generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini planlaşdırmaqda günahlandırılan keçmiş hava qüvvələri generalı Akın Öztürk həbs olunub.

BAKI, 16 iyul-Sputnik. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini planlaşdırmaqda günahlandırılan keçmiş hava qüvvələri generalı Akın Öztürk həbs olunub.

Bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Məlumata görə, Öztürklə birlikdə onun yanında olan əsgərlər də silahı buraxaraq təslim olublar.

Öztürk 2013-cü ildə Hərbi Hava Qüvvələrinin rəhbərliyinə gətirilmiş və 2015-ci ildə vəzifəsindən azad edilmişdi. O, bu ilin avqust ayında təqaüdə göndəriləcəkmiş.

Generalın dünən gecə saat 22.00-da F-16-ların havaya qaldırılması əmrini verməsi ilə düyməyə basdığı iddia edilir. Hərbi qiyam cəhdində ona kürəkəni hava pilotu Hakan Karakuşun da yardım etdiyi deyilir. İddialara görə F-16-ların uzun müddət havada qalması üçün İncirlikdən "KC135R" tipli iki tanker təyyarə də havada olub.

Məlumata görə, ötən il "Gülən qruplaşması"na bağlı olan Öztürkün hərbçi çevriliş edə biləcəyinə dair Baş Qərargaha məlumat daxil olub. Bildirilir ki, dünənki çevriliş baş tutacağı halda, o, Baş Qərargah rəisi olacaqmış.

Xəbər lenti
0