BAKI, 16 iyul-Sputnik. NATO-nun İncirlikdəki hərbi bazasında hərəkət qadağan edilib.
Sputnik CNN-ə istinadən xəbər verir ki, bu barədə Türkiyədəki ABŞ konsulluğu məlumat verib.
"ABŞ konsulluğunun məlumatına görə, yerli hökümət hərbi bazada hərəkəti dayandırıb. İncirlik bazada elektrik enerjisi kəsilib. Konsulluq ABŞ vətəndaşlarını vəziyyət tam normallaşmayınca aviabazaya gəlməməyə çağırıb", —deyə CNN bildirir.
Qeyd edək ki, Türkiyə hökumətinin yüksək vəzifəli şəxsləri ötən gün başlayan dövlət çevrilişinə cəhdin müəlliflərinin xaricdən göstəriş aldıqları qənaətindədirlər.