BAKI, 16 iyul-Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.
Toplantı Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb.
İclası TBMM sədri İsmail Kahraman açıb. Sonra TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə söz verib.
Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası adından partiya sədri və baş nazir Binəli Yıldırım çıxış edib.
Sonra söz ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna verilib.
Milliyyətçi Hərəkat Partiyasının bəyanatını isə sədr Dövlət Bağçalı səsləndirib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da TBMM-in iclasında iştirak edib.
Türkiyə Böyük Millət Məclisində fövqəladə toplantı keçirilir
19:11 16.07.2016 (Yenilənib: 18:56 16.11.2021)
© Photo : AATBMM Genel Kurulu
© Photo : AA
Abunə olmaq
TBMM Türkiyədə baş verən çevriliş cəhdini müzakirə edir.