İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü

© REUTERS / Tarubi Wahid MostaNitsada terror
Nitsada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular bunu nəzarətləri altında olan media qurumları vasitəsilə bəyan ediblər

BAKI, 16 iyul — Sputnik. İŞİD terror qruplaşması Nitsada törədilən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. "Report" Fransa mediasına istinadən xəbər verir ki, terrorçular bunu nəzarətləri altında olan media qurumları vasitəsilə bəyan ediblər.

Xatırladaq ki, terrorçu yük maşınını yüksək sürətlə Nitsada dəniz sahilində toplaşan izdihamın üzərinə sürüb, nəticədə 84 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Terror aktının Tunis əsilli fransız Məhəmməd Buhlel tərəfindən törədildiyi bildirilir.

Xəbər lenti
0