BAKI, 16 iyul — Sputnik. "Türkiyədəki hərbi çevrilişdə iştirak edənlərin arasında Rusiyaya məxsus "Su-24" təyyarəsini vuran pilot da olub". "Qafqazinfo"nun məlumatına görə, Ankara meri Melih Gökçek CNN Türk-ün canlı efirində belə açıqlama verib.
Gökçekin sözlərinə görə, həmin bombardmançı pilot hökumət tərəfindən terroru təbliğ etməkdə ittiham edilən Fətullah Gülənin təşkilatının üzvüdür: "100 faiz əminəm ki, bu insident həmin strukturda işləyən pilotun iştirakı ilə baş verib. Bu günə qədər biz bunu dilə gətirmirdik".
"Amma mən-Melih Gökçek bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar", — mer bildirib.
O, əlavə edib ki, "paralel hökumət" Türkiyəni beynəlxalq arenada zəiflətmək planını həyata keçirməyə çalışır.