BAKI, 16 iyul — Sputnik. "Rusiya Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır". Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə bağlı yaydığı bəyanatda yer alır.
Moskva həmçinin, Türkiyə hakimiyyətini və xalqını ölkədə olan problemləri güc tətbiq etmədən, Konstitutsiya qaydalarına hörmət etməklə həll etməyə çağırıb.