Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub

© REUTERS / Umit BektasTürkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli
Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 16 iyul — Sputnik. Türkiyədə hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

"Dövlətin silahı, tankı, bombası, təyyarəsi, vertolyotu ilə bu ölkənin vətəndaşlarına atəş açanlar PKK terror təşkilatından da alçaq terror təşkilatıdır. Bu millət bu xəyanəti heç vaxt unutmayacaq", — Baş nazir bildirib.

Xəbər lenti
0