104 qiyamçı hərbçi öldürülüb

© AP PhotoHərbi çevriliş cəhdi
Hərbi çevriliş cəhdi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində ümumilikdə 194 nəfər həlak olub. 1563 nəfərin həbs olunub.

BAKI, 16 iyul — Sputnik. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.

Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü, 1563 nəfərin həbs olunduğunu bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

APA-nın Türkiyə müxbirinin "Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?" sualına Ü. Dündar belə cavab verib: "Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm".

Xəbər lenti
0