Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi

© AP Photo / Selahattin SeviFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
"Baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram. Hökumət azad və ədalətli seçki prosesi ilə hakimiyyətə gəlməlidir, çevriliş yolu ilə baş verməməlidir"

BAKI, 16 iyul — Sputnik. Fətullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib. "Qafqazinfo" Financial Times-a istinadən xəbər verir ki, o, Türkiyədə olan hərbi çevrilişi qınadığını və bunun demokratiyadan uzaq bir hadisə olduğunu ifadə edib: "Türk vətəndaşları və Türkiyə üçün Allaha dua edirəm. Türkiyədə baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram. Hökumət azad və ədalətli seçki prosesi ilə hakimiyyətə gəlməlidir, çevriliş yolu ilə baş verməməlidir".

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan - Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan: Bu xəyanətdir!

"Demokratiyaya edilən hər cür qiyamı pisləyirik. Bir müddətdir ki, zəifləmiş demokratiyamız əfsuslar olsun ki bir daha dərin yara aldı", — deyə Gülən qeyd edib.

F. Gülən qiyamın onun tərəfindən təşkil edilməsi haqda iddialara da münasibət bildirib: "Olduqca qəribə olan bu qiyam təəssüf ki, ölkədə üç ildən bəri yaşanan "hizmətçi ovu"na yeni bir mərhələ gətirmək istəyənlər üçün əlavə fürsətdir. Elə buna görə də ilk dəqiqələrdən etibarən prezident Ərdoğanın və hökumətin bu çevrilişdə xidmət hərəkatını günahlandırması bu narahatlığımızın doğru olduğunu göstərdi".

Qeyd edək ki, AKP hakimiyyəti qiyamın baş verməsində Fətullah Güləni günahlandırır.

Xəbər lenti
0