Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edilib.

BAKI, 16 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.

Sputnik-in məlumatına görə, bu barədə CNNTürk xəbər yayıb.

Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçılar hərbi bazasına aparılıb.

Səhər saatlarında keçirilmiş əməliyyat nəticəsində isə Akar azad edilib.

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur. 

Xəbər lenti
0