BAKI, 16 iyul-Sputnik. "F-16-ların vurulması təlimatını verdik."
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım hərbi çevrilişə cəhddə iştirak edən hərbi təyyarələrlə bağlı belə deyib.
NTV-yə açıqlamasında o, hökumətə dəstək məqsədilə meydanlara çıxan camaata da səslənib:
"Meydanları tərk etməsinlər, proseslər tam başa çatana kimi səbrli olsunlar."