MİT: Türkiyədə çevriliş cəhdinin qarşısı alınıb

© AFP 2023 / OZAN KOSE Турецкие солдаты на площади Таксим
Турецкие солдаты на площади Таксим - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 16 iyul-Sputnik. Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz, ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin yatırıldığını bildirib. 

Sputnik-in məlumatına görə, Yılmaz açıqlamasında deyib: "Çevriliş cəhdlərinin qarşısı alındı. Bu çevrilişin iştirakçısı olan hər kəs sabahdan etibarən "vətənə xəyanət" maddəsi ilə mühakimə olunacaq."

Türkiyənin NTV kanalı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahına edilmiş hücumun qarşısının alındığını, Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirib.

Fox telekanalının məlumatına görə, TBMM-nə atəş açılıb, oradakı millət vəkilləri proses tam başa çatana qədər zirzəmidə qalacaqlarını bildiriblər.

Xəbər lenti
0