BAKI, 16 iyul-Sputnik. "Türkiyədə sülh, sabitlik və demokratiyanın davamlı olacağına ümid edirik".
Sputnik Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri Türkiyədəki hərbi çevriliş cəhdinə münasibət bildirərkən deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, Türkiyədəki hadisələri diqqətlə izləyirlər: "Türkiyə insan ölümünə səbəb ola biləcək istənilən qarşıdurmalardan uzaq durmalı və bütün problemlərin Konstitusiya çərçivəsində həll olunmasına çalışmalıdır".