CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıqpulu qalxdı: əhali nə düşünür?

© pixabay / succoElektrik enerjisi
Elektrik enerjisi - Sputnik Azərbaycan
Abunə olmaq
Qazın qiymətini də qaldırsaydılar, "sevincimiz" tam olardı. Və ya: 50 faiz artırsaydılar, nə edərdik?!

BAKI, 15 iyul — Sputnik. Tarif Şurası dünən keçirilən iclasında Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış qiymətini qaldırıb. Tarif Şurasının qərarı vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sputnik-in əməkdaşı sosial sözügedən qərara münasibətlərini öyrənmək məqsədilə vətəndaşlar arasında kiçik sorğu keçirib.

Elektrik enerjisinə görə pul - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda elektrik enerjisinin qiyməti qaldırıldı

Murad Uğur — aktyor: "Səmimi qəlbdən deyirəm ki, sevinirəm. Çünki bu məmurlar nə yaxşı ki, yazığı gəlib 1 qəpik (16.7%) artırıblar. 50 faiz artırsaydılar, nə edərdik?!".

Aysel Zeynallı — evdar qadın: "Suyun qiyməti qalxdı, elektrikin qiyməti qalxdı. Növbədə qazın qiymətidir. Tarif Şurası onu da qaldırsaydı, "sevincimiz" tam olardı".

Tərxan Paşazadə — vikipediya mütəxəssisi: "Konstitusiyamızın 16-cı maddəsinin birinci bəndinə görə "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". İnanmaq istərdim ki, Tarif Şurasının son qərarı da bu bəndə uyğundur. Amma təbii ki, buna inana bilmirəm. Çünki belə qiymət artımlarına münasibətim birmənalı şəkildə çox pisdir. Ümumiyyətlə, mən hökumətdən vətəndaşlar üçün işığın, suyun, qazın qiymətinin əbədilik ləğv olunmasını gözləyirəm. Amma təəssüf ki, hələ indiyə qədər bu istiqamətdə heç bir kiçik addımı belə, müşahidə etməmişəm".

© Sputnik / Tural AbbasovAzərbaycanda elektrik enerjisinin qiyməti artırıldı
Azərbaycanda elektrik enerjisinin qiyməti artırıldı - Sputnik Azərbaycan
Azərbaycanda elektrik enerjisinin qiyməti artırıldı

Könül Əhmədova — ofis meneceri: "Biz dözümlü xalqıq, buna da dözəcəyik. Şikayətimiz olsa belə, kimsə maraqlanacaqdı? Bizi eşidən ancaq bizik!".

Vüsal Qarayev — jurnalist: "Büdcədən lazımsız məsrəflərin yerini doldururlar".

Səidə Mikayılova — menecer: "Əmək haqları gecikir, yaxud verilmir. Əvəzində isə hər şeyin qiyməti qalxır. Bir sözlə, "əla"".

Elvin Əlizadə — gənc fəal: "260 manat maaş alırdım. Rayon yerində işdən çıxardılar, qaldım işsiz. İndi təsərrüfatla məşğul oluram. O ki qaldı elektriklə bağlı məsələyə, biabırçılıqdır".

Sima Tağıyeva — evdar qadın: "Bir qəpikdir, deyib fikir vermirik. Hər bahalaşmanı adi qəbul edirik. Nəticədə həmin qəpiklər yavaş-yavaş yığılıb problemlər yaradır".

Aynur Məmmədova — idmançı: "Təxminən bir ay öncə suyun qiyməti qalxdı. İndi də elektrikin qiymətində dəyişiklik oldu. Yəqin ki, növbəti hədəfdə benzin və ərzaqdır".

Xəbər lenti
0