Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qarşılaşma sürprizlərlə dolu olacaq"

© Photo : ATVİdmançı Ramin İbrahimov
İdmançı Ramin İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
London paraolimpiya oyunlarının qızıl medalçısı, tezliklə start götürəcək Rio-de Janeyro yay olimpiya oyunlarına hazırlıqlardan danışıb

BAKI, 15 iyul — Sputnik. 5-21 avqust tarixlərində keçiriləcək möhtəşəm Rio-de Janeyro yay olimpiya oyunlarına hazırlıqlar davam edir. Cüdo üzrə 2012-ci ildə keçirilən London paraolimpiya oyunlarının 60 kq çəki dərəcəsində qızıl medalını qazanan idmançımız Ramin İbrahimov, tezliklə start götürəcək yarış haqqında fikirlərini Sputnik-lə bölüşüb.

Olimpia çempionu Rio-de Janeyro yarışları haqqında deyib: "Mən özüm də Rio-de Janeyro paralimpiya oyunlarına hazırlaşıram. Həm olimpiya, həm də paralimpiya oyunları surpizlərlə dolu bir yarışdır. Konkret bir idmançının qalib gəlməsini deyə bilməyəcəm. Hər hansı bir idmançı qalib də gələ bilər, uduza da bilər".

Qeyd edək ki, Rio-de Janeyroda keçiriləcək paralimpiya oyunları 8 sentyabrda başlayacaq. Azərbaycanı bir çox paraolimpiya idmançıları yarışda təmsil edəcəklər.

Xəbər lenti
0