QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Əsgərlər kazarmalarına geri çəkilməlidirlər"

© Sputnik / Murad OrujovAzərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı. Bakı, 15 iyul 2016-cı il
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı. Bakı, 15 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Türkiyə XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

BAKI, 15 iyul — Sputnik. "Mövlud Çavuşoğlunu Bakıya dəvət etməkdə məqsədim Dağlıq Qarabağ danışıqları barədə onu məlumatlandırmaqdır".

İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə bu gün keçirdiyi mətbuat konfransında deyib: "Dostum Çavuşoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki son durumu müzakirə etdik. Bilirsiniz ki, artıq bir iki aya yaxındır, danışıqlar çox intensiv şəkildə aparılır. Biz bu mövzunu həm Sergey Lavrov, həm də ABŞ dövlət katibi Con Kerri ilə də dərin formada müzakirə etmişik".

"Həmkarım Çavuşoğlunu Bakıya dəvət etməkdə məqsədim, ona Dağlıq Qarabağ danışıqları haqda məlumat verməkdir. Biz regional və geosiyasi güc olan Türkiyəni də məlumatlandırmalıyıq", — Məmmədyarov bildirib.

Azərbaycanın XİN başçısı türkiyəli həmkarı ilə iqtisadi və siyasi məsələləri də müzakirə etdiklərini qeyd edib: "Biz iqtisadi məsələlərə də toxunduq. Hazırda ipək yolu dəhlizini Türkiyə ilə dərin şəkildə işləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, inşaallah ilin axırına başa çatandan sonra ipək yolu dəhlizi tam şəkildə fəaliyyət göstərəcək".

Öz növbəsində türkiyəli nazir, qardaş Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu söyləyib: "Qardaş ölkədə olmaqdan böyük məmnunluq duyuruq. Bu sabah prezident İlham Əliyev bizi qəbul etdi, toplantı çox gözəl keçdi. Görüşdə siyasi və iqtisadi məsələləri müzakirə etdik. Eynilə dostum Elmar bəylə də ətraflı söhbətlər apardıq. Bizim tərəfdaşlığımızı hər kəs qısqanır, amma biz daha da tutarlı addımlar atmalı və əlaqələrdə daha da irəli getməliyik. Birlikdə gerçəkləşdirdiyimiz layihələrlə birlikdə Türkiyə və Azərbaycan bu bölgənin, həmçinin yaxın regionun tranzit mərkəzi olmaqdadır".

Çavuşoğlu, həmkarı Elmar Məmmədyarovun ona Dağlıq Qarabağ danışıqları ilə bağlı məlumatlar verdiyini də ifadə edib: "Cənab nazir, Qarabağla bağlı bizə son məlumatları verdi. Türkiyə bütün prosesləri izləyir. Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. Aprel hadisələrinin yenidən təkrarlanmaması üçün bütün sülh cəhdlərini dəstəkləyirik".

Sonra hər iki nazir jurnalistlərin suallarına cavab verib. Elmar Məmmədyarov, Ermənistan tərəfinin cəbhə boyu törətdiyi təxribatçı hücumlara isə belə münasibət bildirib: "Dünən zabitimizin şəhid olması hadisəsi sübut edir ki, biz danışıqları daha da intensivləşdirməliyik. Ermənistanda bəzi qüvvələr çalışırlar ki, təmas xəttində vəziyyəti gərginləşdirsinlər. Onlar intensiv danışıqlar olmasını istəmirlər. Belə hadisələrə son qoymaq üçün əsgərlər gərək öz kazarmalarına qayıtsın. Əks təqdirdə xoşagəlməz hadisələr yenə olacaq".

Xəbər lenti
0