SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

© Photo : Официальный сайт президента Азербайджанаİlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib

BAKI, 15 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Sputnik president.az saytına istinadla xəbər verir ki, bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında ikitərəfli görüş - Sputnik Azərbaycan
SİYASƏT
Məmmədyarovla Çavuşoğlunun görüşü başladı

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər. Ölkələrimizin bundan sonra da bir-birinin yanında olacağını deyən Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevin NATO-nun Varşava Zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan Mövlud Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrimizin daha sıx şəkildə inkişaf etdiyini deyib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Türkiyə XİN rəhbərinin azərbaycanlı həmkarı ilə aparacağı danışıqlarda ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Xəbər lenti
0