BAKI, 15 iyul — Sputnik. Türkiyənin Anadolu Agentliyi Fransanın Nitsa şəhərində törədilən terror aktı ilə əlaqədar, sosial şəbəkə paylaşımı ilə müzakirəyə səbəb olan əməkdaşını işdən çıxarıb. Sputnik xəbər verir ki, bununla bağlı media qurumunun "Twitter" hesabında məlumat yerləşdirilib.
Anadolu Ajansından kamuoyuna duyuru: pic.twitter.com/35ZYb44Ygd
— ANADOLU AJANSI (@anadoluajansi) 15 July 2016
Açıqlamada deyilir: "Fransanın Nitsa şəhərində 84 insanın ölümü ilə nəticələnən terror aktından sonra, daimi əməkdaşımız olmayan və müstəqil jurnalist olaraq zaman-zaman xəbərlərindən istifadə etdiyimiz Ali Kahrıman adlı şəxsin öz "Twitter" hesabında son dərəcə məsuliyyətsiz bir paylaşım etdiyi müəyyən edilib. Bu insanın Anadolu Agentliyi ilə bütün əlaqələri kəsildi".