BAKI, 15 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Sputnik xəbər verir ki, Türkiyə XİN rəhbərinin azərbaycanlı həmkarı ilə aparacağı danışıqlarda ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Həmçinin, M. Çavuşoğlunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də nəzərdə tutulur.