SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir

© AP Photo / Mandel NganTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı ilə aparacağı danışıqlarda ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək

BAKI, 14 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 14-15 iyul tarixlərində, azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə Azərbaycana səfər edəcək.

Sputnik haberler-ə istinadla xəbər verir ki, Çavuşoğlunun azərbaycanlı həmkarı ilə aparacağı danışıqlarda ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Həmçinin, M. Çavuşoğlunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də nəzərdə tutulur.

Xəbər lenti
0