BAKI, 14 iyul — Sputnik. "Ukrayna qətiyyətlə Dağlıq Qarabağda status-kvonun saxlanılmasını qəbul etmir". "Qafqazinfo" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda prezident İlham Əliyevlə görüşündə deyib.
"Ukrayna öz tərəfindən Dağlıq Qarabağda status-kvonun saxlanılmasının yolverilməzliyini qeyd etdi və Azərbaycanın Krım məsələsi və Ukraynanın ərazi bütövlüyünə dəstəklə bağlı qəti mövqeyini böyük məmnunluqla qarşıladı", — Ukrayna KİV-i yazıb.
Poroşenko, həmçinin qeyd edib ki, İlham Əliyevlə görüşdə Azərbaycan ərazisində An-178 təyyarələrinin istehsalını həyata keçirəcək birgə müəssisə yaradılması məsələsi müzakirə edilib.