Kofe içərək kar ola bilərsiniz

© Photo : stihi.ruKofe. Arxiv şəkli
Kofe. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kanada alimləri səs-küylə kofenin bir arada istifadəsinin ilginc nəticə ortaya çıxardığını müəyyən ediblər

BAKI, 14 iyun — Sputnik. Makgilla Universitetinin (Kanada, Monreal) alimləri sübut ediblər ki, kofedən davamlı olaraq istifadə etmək səs-küydən sonra eşitmənin bərpasını çətinləşdirir. Bu araşdırmanın nəticələri ilə JAMA jurnalında tanış ola bilərsiniz.

"Qulağın eşitmə qabiliyyəti yüksək səs-küydən sonra müvəqqəti olaraq aşağı düşür. Buna qulağın eşitmə aparatının müvəqqəti sönməsi də deyirlər. Bu, bərpa olunan pozğunluqdur və 72 saatdan sonra yox olur. Əgər bu simptom qalarsa, deməli, zədə hələ də aradan qalxmayıb", — deyə araşdırma müəllifləri bildiriblər.

Tədqiqat müəlliflərinin dəniz donuzları üzərində apardıqları eksperimentin nəticəsində heyvanların kofein qəbul etdikdən sonra eşitmələrinin necə bərpa olunduğu müəyyən edilib. Heyvanlara hər gün eyni saatda rok konsertinin yüksək səsi verilib.

Səkkiz gündən sonra alimlər yüksək səs və kofein verdikləri heyvanlarda eşitmə qabiliyyətinin aşağı düşdüyünü və bərpa olunmadığını müşahidə ediblər. Amma kofein verilməyən digər eksperiment qrupunda eyni effekt müşahidə edilməyib.

Müəlliflərin sözünə görə, gündəlik 25 milliqram kofeinin qəbul edilməsi ardıcıl olaraq səs-küy eşidən adamlarda eşitmənin bərpasına mənfi təsir göstərir. Ümumilikdə isə alimlər hesab edirlər ki, eşitmənin uzun müddət bərpa olunmaması eşitmə orqanının təbii funksiyasının sıradan çıxması ilə də nəticələnə bilər.

Odur ki, səs-küylü yerlərdə işləyənlərə, yaxud da ardıcıl olaraq yüksək səs eşitmək məcburiyyətində qalanlara kofedən çox istifadə etmək məsləhət deyil. Bununla insan eşitmə qabiliyyətini birdəfəlik itirə bilər.

Xəbər lenti
0