BAKI, 14 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Pyotr Poroşenkonun təkbətək görüşü baş tutub. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ukrayna Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub. Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.