Bu ixtira dünyanı 5 dəfə kiçildəcək

© İllüstrasiyaReaction Engines şirkətinin hazırladığı yeni təyyarənin maketi
Reaction Engines şirkətinin hazırladığı yeni təyyarənin maketi - Sputnik Azərbaycan
Abunə olmaq
Normalda 10 saat davam edən Nyu-York-London səfərini 2 saata endirəcək olan təyyarələr, dünyanın hər hansı bir yerinə yalnız 4 saat içində çata biləcək

BAKI, 13 iyul — Sputnik. Böyük Britaniyanın elm adamları, dünyanın hər hansı bir yerinə yalnız 4 saat içində çatmağı təmin edə biləcək təyyarə hazırlayırlar. Həmin təyyarənin mühərriki sayəsində kosmosa da getmək mümkün olacaq.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, "İngilis Reaction Engines" şirkətinin hazırladığı mühərriklər 2020-ci ildə sınaqdan çıxarılacaq. Bu mühərriklərdən güc alan təyyarələrin istifadəyə verilməsi ilə hava nəqliyyatında yeni bir dövr başlayacaq.

Normalda 10 saat davam edən Nyu-York-London səfərini 2 saata endirəcək olan təyyarələr, dünyanın hər hansı bir yerinə yalnız 4 saat içində çata biləcək. Bu mühərriklərdən kosmosa göndəriləcək peyklərdə də istifadə edilməsi gözlənilir.

Xəbər lenti
0