BAKI, 13 iyul — Sputnik. Fransa prezidenti Fransua Ollandın bərbəri ayda 9895 avro maaş alır. Sputnik xəbər verir ki, bu barədə Le Point qəzeti yazıb.
Qeyd olunur ki, 46 yaşlı Olivye B. ilə 2012-ci ilin mayında beş illik müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə, bərbər daimi olaraq prezidentin sərəncamındadır və onu hətta xarici səfərlərində də müşayət etməlidir.
Qəzet qeyd edir ki, Ollandın bərbərinə verilən maaşın məbləği Fransanın nazirlərinə verilən maaşla (9940,2 avro) təqribən eynidir. Ollandın özü isə 2016-cı ildə öz maaşını 30% azaldıb. Onun maaşı hazırda 14 999,78 avrodur.
Bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu büdcə vəsaitlərini saç kəsimi və makiyaja sərf etdiyinə görə tənqidə məruz qalmışdı.