Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC-in xam neft tələbi sürətlə artır

© Photo : Roseline OkereOPEC bayrağı və loqosu
OPEC bayrağı və loqosu - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ildə tələb 2015-ci illə müqayisədə gündəlik 1 milyon 900 min barrel artaraq 31 milyon 900 min barrel, 2017-ci ildə isə cari ilə nisbətən 1 milyon 100 min barrel çoxalaraq 33 milyon barrel olacaq

BAKI, 13 iyul — Sputnik. Bu il Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft tələbi 2015-ci illə müqayisədə gündəlik 1 milyon 900 min barrel artaraq 31 milyon 900 min barrel, 2017-ci ildə isə cari ilə nisbətən 1 milyon 100 min barrel çoxalaraq 33 milyon barrel olacaq.

Vüqar Bayramov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"OPEC hasilatın kəskin azaldılması ilə bağlı qərar qəbul edərsə..."

Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə OPEC-in neft bazarına dair hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft tələbi keçən ilə görə 1 milyon 200 min barrel artımla gündəlik 94 milyon 200 min barrel, 2017-ci ildə isə 95 milyon 330 min barrel təşkil edəcək.

Qeyri-OPEC ölkələrinin builki neft təklifi Kanada və ABŞ-dakı istehsal çətinliklərindən ötəri 2015-ci ilə görə gündəlik 880 min barrel azalaraq 56 milyon 30 min barrelə enəcək. 2017-ci ildə isə bu həcm 55 milyon 920 min barrelə geriləyəcək.

İyunda ümumilikdə qazılan qazma qüllələrinin sayı 1463 olub. Qazma qüllələrinin 1031-i neft, 319-u təbii qaz və 112-si digərləridir. Qazma qüllələrinin 558-i OPEC ölkələri tərəfindən qazılıb.

Xəbər lenti
0