Tarixdəki ən qeyri-adi Olimpiada

© Photo : Topical Press Agency/Getty Images15 iyul 1908-ci il. Oxatan qadınlar 1908 London Olimpiadasında
15 iyul 1908-ci il. Oxatan qadınlar 1908 London Olimpiadasında - Sputnik Azərbaycan
Abunə olmaq
108 il əvvəl ilk dəfə qadınların Olimpiadada iştirakına icazə verilib.

BAKI, 13 iyul-Sputnik. 13 iyul 1908-ci ildə Londonda IV Olimpiya oyunları açılıb. Orada ilk dəfə qadınlar iştirak edib. 

1908-ci ildə Olimpiadanın keçirilməsinə Berlin (Almaniya), Milan və Roma (İtaliya) iddia edib. Müsabiqəni Roma qazanıb. Lakin 1906-cı ildən sonra İtaliya paytaxtı bu oyunları keçirməkdən imtina edib. Sonra IV olimpiya oyunlarını keçirmək Britaniyanın paytaxtı Londona təklif edilib. Qısa müddətdə Britaniya paytaxtında 70 min yerlik Olimpiya stadionu, 100 metrlik üzgüçülük hovuzu, həmçinin digər idman qurğuları tikilib.

© Photo : Topical Press Agency/Getty ImagesOxatma üzrə İngiltərə Milli Raundunun bürünc medalçısı Missis Hill-Lou 1908 London Olimpiadasında
Oxatma üzrə İngiltərə Milli Raundunun bürünc medalçısı Missis Hill-Lou 1908 London Olimpiadasında - Sputnik Azərbaycan
Oxatma üzrə İngiltərə Milli Raundunun bürünc medalçısı Missis Hill-Lou 1908 London Olimpiadasında

İştirakçı sayına, proqramların genişliyinə və əldə olunan nəticələrə görə IV Olimpiada özündən əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənib.
IV Olimpiya oyunlarını rəsmən 13 iyul 1908-ci ildə Böyük Britaniya kralı VII Eduard açıb, baxmayaraq ki, ilk yarışlar artıq aprelin 27-dən keçirilməyə başlamışdı. Bu yarışlar 31 oktyabr 1908-ci ildə başa çatıb.

Qızıl medal uğrunda əvvəlki 3 Olimpiadada qızıl medal qazanmış idmançıların ümumi cəmindən daha çox idmançı mübarizə aparıb. Bu Olimpiadaya ilk dəfə olaraq İslandiya, Yeni Zelandiya, Rusiya və Türkiyədən (Osmanlıdan) olan atletlər qatılıb. Rusiya imperiyasının tərkibində olan Finlandiya bura özünün ayrıca komandasını göndərib. Yeni Zelandiyadan olan olimpiyaçılar avstriyalılarla birləşiblər və yarışın protokollarına "Avstralaziya" adı altında düşüblər.

Burada ilk dəfə su-motoru idmanı, həmçinin otüstü xokkey yarışları keçirilib. Londonda Yay Olimpiadası çərçivəsində süni buz üstündə fiqurlu konkisürmə həyata keçirilib.

Qadınlar tennis, oxatma və fiqurlu konkisürmə yarışlarında iştirak ediblər.

Rusiyadan Olimpiadada iştirak etmək üçün 8 nəfərin adı göndərilib. Lakin oyunlarda 5 nəfər iştirak edib: Nikolay Panin-Kolomenkin, Nikolay Orlov, Aleksandr Petrov, Yevgeni Zamotin və Qriqori Demin. Debüt uğurlu olub: üç nəfər evə mükafatla dönüb. Rusiyanın ilk Olimpiya çempionu Panin-Kolomenkin olub. O, fiqurlu konkisürmənin qalibi olub.

© Photo : Topical Press Agency/Getty Images50 və 60 yard (~46 və 55 metr) məsafədə Oxatma üzrə İngiltərə Milli Raundunun qalibi Kvini Nyual olmuşdur. London, İyul 1908-ci il
50 və 60 yard (~46 və 55 metr) məsafədə Oxatma üzrə İngiltərə Milli Raundunun qalibi Kvini Nyual olmuşdur. London, İyul 1908-ci il - Sputnik Azərbaycan
50 və 60 yard (~46 və 55 metr) məsafədə Oxatma üzrə İngiltərə Milli Raundunun qalibi Kvini Nyual olmuşdur. London, İyul 1908-ci il

İlk dəfə olaraq komandalar təntənəli parada öz dövlətlərinin bayraqları altında çıxıblar. Onların hər birinin kostyumları da fərqli olub və bir-birilərinə oxşamayıb. Əvvəlki Olimpiya oyunlarında iştirakçılar idman formasında yürüşə çıxmışdılar. Bu Olimpiadada yüngül atletika üzrə 13, üzgüçülük üzrə 6 rekord göstəriciyə imza atılıb.

Yeddi ölkədən 8 yığma komanda (burada Fransadan 2 yığma komanda iştirak edib) futbol üzrə Olimpia turnirində ilk dəfə olaraq iştirak ediblər.

Sözügedən Olimpiadanın qalibləri bunlardır: 1.Böyük Britaniya, 2. ABŞ, 3.İsveç.

London Oyunları dünyaya "qızıl" Olimpiya formulu hədiyyə edib: "Əsas qələbə deyil, iştirakdır!". Bəzən onu Pyer Kubertenin adına yazırlar. Əslində isə bu sözü 19 iyul 1908-ci ildə Pensilvaniyalı yepiskop Müqəddəs Pavel kilsəsində xidmət etdiyi zaman Olimpiya Oyunlarının iştirakçılarının şərəfinə demişdi.

Xəbər lenti
0