Azərbaycanın hərbi qulluqçuları Əfqanıstana göndərilib

© mod.gov.azГруппа миротворцев из Азербайджана отправилась в Афганистан
Группа миротворцев из Азербайджана отправилась в Афганистан - Sputnik Azərbaycan
Abunə olmaq
44 hərbi qulluqçumuz NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək üçün Əfqanıstana yola salınıb.

BAKI, 12 iyul-Sputnik. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti
0