Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Biz hansı valyuta qalxdısa, qaçıb ondan almırıq"

© REPORTŞahmar Mövsümov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Şahmar Mövsümov: "Dövlət Neft Fondu öz portfelini müxtəlif valyutalarda saxlayır. Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin"

BAKI, 12 iyul — Sputnik. "İngiltərə funt sterlinqi dəyərdən düşsə də, ABŞ dolları dəyərini artırıb. Bizdə isə portfelin 50 faizi dollardadır".

Dollarlar - Sputnik Azərbaycan
Dollar sürətini azaltmır

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib. O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir.

"Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa, qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı, hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda manat aldılar və uduzdular", — Ş. Mövsümov bildirib.

Onun sözlərinə görə, ARDNF portfelini müxtəlif valyutalarda saxlayır: "Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin".

Xəbər lenti
0