Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avtomobildə tək qalan uşaq dəhşətli əməl törətdi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
13 yaşlı məktəbli maşınla oynayarkən təsadüfən onu işə salıb. Avtomobil yerindən tərpənib və yaxınlıqda oynayan 1.5 yaşlı bacısını vaqona sıxışdıraraq öldürüb.

BAKI, 12 iyul — Sputnik. Maşının salonunda oynayan məktəbli təsadüfən onu işə salıb və bir neçə metr aralıda oynayan, yaş yarımlıq bacısını tapdalayıb.

Kəndir - Sputnik Azərbaycan
HADİSƏ
13 yaşlı əlaçı məktəbli qızın dəhşətli intiharı

Sputnik-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının istintaq Komitəsinin Başqırdıstan üzrə regional idarəsinin rəhbəri Svetlana Abramova məlumat verib. Hadisə dünən axşam Yazıkovo kəndində qeydə alınıb.

"13 yaşlı məktəbli maşınla oynayarkən təsadüfən onu işə salıb. Avtomobil yerindən tərpənib və yaxınlıqda oynayan 1,5 yaşlı bacısının üstünə doğru gedərək onu məişət vaqonuna sıxışdırıb", — deyə Abramova RİA Novosti-yə bildirib.

Qız ağır travma alıb və rayon xəstəxanasına çatdırılıb. Həkimlərin qızın həyatını xilas etmək cəhdləri baş tutmayıb və o, həyatını itirib.

Müstəntiqlər hadisə yerində araşdırma apararaq onun baş vermə səbəblərini aydınlaşdırmağa çalışırlar.

Xəbər lenti
0