CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

13 yaşlı əlaçı məktəbli qızın dəhşətli intiharı

Abunə olmaq
Pirallahı qəsəbəsində yerləşən 235 saylı məktəbin əlaçısı Səbinə Əhmədli ölümqabağı qeyd yazıb qoyub.

BAKI, 9 iyun-Sputnik. Ötən gecə Bakının Pirallahı qəsəbəsində yerləşən 235 saylı məktəbin 13 yaşlı şagirdi Səbinə Azər qızı Əhmədli intihar edib. Baş prokurorluqdan və Pirallahı rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, hadisə ötən gecə Gürgən qəsəbəsində baş verib.

Nigar Vahabova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkə gündəmini silkələyən intiharın izi ilə - tükürpədici səbəb

Sui-qəsd zamanı evdə Səbinə ilə yanaşı onun kiçik bacıları da olub. Səbinə dörd uşağın tərbiyə olunduğu ailənin böyük qızı imiş. O, evin arxasına keçərək özünü telefon şnuru ilə asıb. Səbinənin meyidini ilk olaraq onun bacıları görüb. Qızlar uzun müddət evdə olmayan bacılarını axtarmaq üçün həyətə çıxıblar. Onu özünü asmış vəziyyətdə tapanda dəhşətli anlar yaşayıblar.

Səbinə ölümqabağı qeydlərini yazıb. Amma onun yazdıqları hələ ki, açıqlanmayıb. Polisdən bildiriblər ki, onun yazdığı kağızda özünü öldürməsinə səbəb olan məsələ ilə bağlı ip ucları verən heç nə yoxdur. Prokurorluğun məlumatına görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.
Biz Səbinənin oxuduğu 235 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, Səbinə əlaçı olub.

"Səbinə rus bölməsinin 8-ci sinfində oxuyurdu. Onun cəmi 3 dənə 4-ü vardı. Səbinə yaxşı tərbiyə olunmuş və məsuliyyətli qız idi. İyunun 19-da onun 14 yaşı olacaqdı. Səbinənin kiçik bacısı Nərminə bizdə 4-cü sinifdə oxuyur" — deyə məktəbdən bildiriblər.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Səbinə ögey atanın olduğu evdə tərbiyə olunub. Onun anası əvvəlki ərindən boşanıb və yeni ailə qurub. İkinci nikahdan daha 3 övladı olub. Səbinənin doğma atası isə işləmək üçün Rusiyaya gedib.

Qonşular isə bildiriblər ki, anası ölümündən əvvəl Səbinənin telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta həmin gün dərsdən evə qayıdan Səbinəni qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Səbinənin məhz bu psixoloji sarsıntının təsiri altında öz canına qıydığı ehtimal edilir.

Xəbər lenti
0