CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftin qiyməti son 2 ayın ən aşağı səviyyəsinə düşüb

© REUTERS / Shamil ZhumatovNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
"Qara qızıl"ın qiyməti keçən ay 51 dolları ötdükdən sonra geriləyib. ABŞ-da aktiv neft quyularının sayı artaraq 351-ə çatıb.

BAKI, 12 iyul — Sputnik. Qlobal neft hasilatının, ABŞ-da aktiv neft qazma quyularının sayının artması, İran və Liviyanın ixracatını artıracağına dair işarələr neftin qiymətlərini iki ayın ən aşağı səviyyəsinə endirib.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, neftin qiyməti keçən ay 51 dolları ötdükdən sonra geriləyib. ABŞ-da aktiv neft quyularının sayı artaraq 351-ə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 13 sent artaraq 44.89 dollara çatıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 13 sent artaraq 46.38 dollar olub.

Xəbər lenti
0