BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün detalları barədə açıqlama verib. Sputnik xəbər verir ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında Lavrov deyib ki, İlham Əliyevlə ətraflı və səmimi müzakirələr aparıblar.
"Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır", — Rusiya XİN başçısı bildirib.
S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin "Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".