Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türkiyə ilə münasibətlərimizdə daha az nöqsanlarımız olacaq"

© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: "Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda nə qədər az problem olsa, bu Rusiya və Azərbaycan üçün bir o qədər yaxşıdır"

BAKI, 12 iyul — Sputnik. "Rusiya ilə Türkiyənin münasibətlərinin normallaşdırılması Suriya böhranının aradan qaldırılması üçün daha effektiv həll yollarının axtarışına kömək edəcək".

Elmar Məmmədyarov - Sputnik Azərbaycan
SİYASƏT
"Rusiya ilə Türkiyənin yaxınlığı Azərbaycanın inkişafına müsbət təsir göstərir"

Sputnik xəbər verir ki, bu fikri Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında səsləndirib.

"Bütün bunlar regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcək. Ümid edirəm ki, bu, bizə Suriya böhranının aradan qaldırılması üçün birgə yeni yanaşmalar axtarmaqda səmərəli yardım edəcək, baxmayaraq ki, Rusiya ilə Türkiyənin mövqeyi bu məsələlərdə üst-üstə düşmür", — Lavrov bəyan edib.

İyunun 30-da Soçidə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünə toxunan Rusiya XİN rəhbəri deyib: "Onunla açıq söhbətimdən sonra əldə olunan irəliləyiş regiondakı münasibətlərə pozitiv təsir edəcək. Artıq bizim türk tərəfdaşlarımızla münasibətlərimizdə daha az nöqsanlarımız olacaq".

"Biz çalışacağıq ki, BMT Təhlükəsizlik Şurası və Suriyaya dəstək Beynəlxalq qrupu ilə problemi həll etmək üçün açıq danışaq."

O, qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir: "Lakin regionda nə qədər az problem olsa, bu Rusiya və Azərbaycan üçün bir o qədər yaxşıdır".

Xəbər lenti
0