Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünya və Azərbaycan üçün bədbin proqnoz

© AP Photo / Ng Han GuanBirja. Arxiv şəkli
Birja. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspertlərin gözləntilərinə əsasən, 2016-cı ildə istər neft, istər valyuta bazarında qeyri-müəyyənlik davam edəcək. Bu isə o deməkdir ki, ilin ikinci yarısı da dünya və region üçün asan olmayacaq.

BAKI, 12 iyul — Sputnik. "Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Prezident İlham Əliyev bildirib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunur: "Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, son vaxtlar dünya iqtisadiyyatında maraqlı proseslər baş verir: "Bu proseslərin getməsi tək "Brexit"lə əlaqəli deyil: dünyada müxtəlif yeni bazarlar uğrunda açıq və gizli gedən savaşlar mövcuddur. Təbii ki, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri ən çox iki yöndən baş verir. Belə bir vəziyyət yaranarkən həmişə xammal bazarında qiymətlərin azalması müşahidə olunur. Neft bazarında son iki həftədə təqribən 12% qiymət azalması müşahidə olunub. Yəni 52 dollara qalxan neft yenidən 46 dollaradək enib. Bu proses Azərbaycana təsirsiz ötüşməyəcək".

"Dünyada gedən proseslərin Azərbaycan iqtisadiyyatına ikinci əsas təsiri valyuta ilə bağlıdır. Bu həm neftin qiymətinin düşməsi, həm də dünyada dollar indeksinin artması ilə əlaqəlidir. Yəni Azərbaycan iqtisadiyyatına əsas təsirlər bu yöndən olur", — iqtisadçı bildirib.

Digər təsirlərə gəlincə, ekspert bunu dolayı təsirlər kimi izah edib: "Əgər bu proseslər daha da dərinləşərsə, xammal bazarında yeni dəyişiklər görə bilərik, neftin qiymətində növbəti enmələr müşahidə edə bilərik. Federal rezerv sistemi heç olmasa bir dəfə faizi artırsa, bu, dünyada dollar indeksinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə dolayısı ilə bütün valyutaların məzənnəsinə mənfi təsir göstərir".

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə isə, neft bazarındakı qeyri-müəyyənlik davam edəcək: "Fövqəladə çətinliklər müşahidə edilməkdədir. Neftin dünya bazarındakı qiyməti hətta 50 dollar ətrafında belə, stabilləşə bilmədi. Bu isə ondan xəbər verir ki, neft bazarında qeyri-müəyyənlik davam edəcək".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

""Brexit"dən sonra avroda azalma müşahidə edilir və bu da Azərbaycanla Avropanın tərəfdaş olduğunu nəzərə alsaq, Azərbaycana təsirsiz ötüşmür. Azərbaycan üçün neftin dünya bazarı qiyməti çox vacibdir. Neftin qiymətində artımların olmaması ölkəyə daxil olan valyutanın həcmini azaldır və nəticə etibarı ilə tədiyyə balansına neqativ təsir göstərir", — mütəxəssis qeyd edib.

V. Bayramov hesab edir ki, 2016-cı ildə istər neft, istər valyuta bazarında qeyri-müəyyənlik davam edəcək. Bu isə o deməkdir ki, ilin ikinci yarısı da dünya və region üçün asan olmayacaq.

Ekspertlərin ümumi gözləntisinə əsasən, iqtisadi diversifikasiya bu proseslərin ölkə iqtisadiyyatına təsirlərini azalda bilər. "Biz çalışmalıyıq ki, qlobal bazarlardan asılılığın aradan qaldırılması ilə bağlı islahatların daha da dərinləşməsinə nail olaq", — deyə onlar vurğulayıblar.

Xəbər lenti
0