Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycan münaqişənin tezliklə həllində maraqlıdır"

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü. Arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində səylərini yüksək qiymətləndiririk"

BAKI, 11 iyul — Sputnik. "Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".

İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev Polşada Qarabağ məsələsini müzakirə edib

Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib. Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: "Biz də münaqişənin tezliklə həllində maraqlıyıq".

Sergey Lavrov isə öz növbəsində deyib: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təşəbbüslərinə sizin münasibətinizi yüksək qiymətləndiririk. Bu proses davam edir və prezident Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrindən məmnundur. Və mən onun göstərişinə əsasən, hər iki ölkənin paytaxtını ziyarət edirəm".

"Düşünürəm ki, bu günkü görüş bizə gələcək addımlarımızı daha dəqiq müəyyənləşdirməyə imkan verəcək", — deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri bu gün başlayıb. Səfər işgüzar xarakter daşıyır. Səfər müddətində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri planlaşdırılıb. Səfər sabah başa çatacaq.

Xəbər lenti
0