QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev Polşada Qarabağ məsələsini müzakirə edib

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Yens Stoltenberq: NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək.

BAKI, 8 iyul-Sputnik. Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Sputnik-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İlham Əliyev NATO sammitində iştirak etmək üçün Polşaya gedib.

NATO baş katibi Yens Stoltenberq media nümayəndələrinin suallarını cavablandırarkən deyib ki, NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək:

"Mesaj odur ki, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırırıq. Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik."

Xəbər lenti
0