Avro 2016-nın ən yaxşısı futbolçusu seçildi

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidAntuan Qrizman
Antuan Qrizman - Sputnik Azərbaycan
Abunə olmaq
Antuan Qrizman bu mükafata layiq görülüb. Kriştianu Ronaldo və Olivye Jiru 3 top hesabı ilə Qrizmandan geri qalıb.

BAKI, 11 iyul — Sputnik. Fransa yığmasının hücumçüsü Antuan Qrizman 2016-cı il futbol üzrə Avropa Çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Sputnik-in məlumatına görə, bu barədə turnirin rəsmi Tvitter səhifəsində məlumat verilib.

Ötən gün Fransa yığması Avropa çempionatının finalında əlavə vaxtda Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olub. Qrizman 7 oyunda 6 qol vurub və iki qolla nəticələnən ötürmə edib. Bununla da turnirin ən yaxşı bombardiri adına layiq görülüb.

Onu çempionatda vurduqları 3 qolla Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo və Fransa yığmasının digər üzvü Olivye Jiru izləyib.

Futbol üzrə Avropa Çempionatı Fransanın 10 şəhərində iyunun 10-dan iyulun 10-na qədər keçirilib.

Xəbər lenti
0