BAKI, 11 iyul — Sputnik. Zaqatala rayon sakini Əhmədov Etibar Məhəmməd oğlu və Şəki şəhər sakini Yusifov Səbuhi Fikrət oğlu birlikdə, 2016-cı ilin aprel ayında Qax rayonunun Cəlayir kəndinin yaxınlığında olan meşə sahəsində qanunsuz olaraq, tərkibində narkotik olan çətənə bitkisi əkərək aqrotexniki qaydada qulluq və kultivasiya etməklə onları yetişdiriblər.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxslər elə həmin ərazidə saxlanılıb. Əkdikləri 215 ədəd narkotik tərkibli çətənə kolları maddi sübut olaraq götürülüb. Hər iki şəxs barəsində Qax rayon polis şöbəsinin təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.