BAKI, 11 iyul — Sputnik. Bu gün Srebrenitsa qətliamından 21 il ötür. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hadisədə həyatını itirən bosniyalı müsəlmanların anım mərasimi keçirilib. Mərasimdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
1995-ci ildə Avropanın mərkəzində, bütün dünyanın gözü qarşısında 8 mindən çox müsəlman bosniyalı serb faşistlər tərəfindən öldürülmüşdü. Anım tədbirində hər il olduğu kimi bu il də on minlərlə insan iştirak edir.