Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Almaniya Türkiyə qarşısında geri çəkilir

© John MacDougall/Pool Photo via APAngela Merkel Tayyib Ərdoğan
Angela Merkel Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Angela Merkel: "Erməni məsələsi ucbatından Federal Məclislə Türkiyə hökuməti arasında böhran yaranıb. Yaranan problemin həlli üçün qarşı tərəflə mütəmadi təmasda olmalıyıq. Bu məsələni həll etməliyik"

BAKI, 11 iyul — Sputnik. İyunun 2-də qondarma "erməni soyqırımı"nın Almaniya parlamentində tanınması Türkiyə ilə bu ölkə arasında diplomatik böhrana səbəb olub. Üstündən bir aydan çox müddət keçməsinə baxmayaraq, gərginlik hələ də davam edir. 

© Photo : A.Şimşekin şəxsi arxiviAhmet Şimşek, Türkiyəli politoloq
Ahmet Şimşek, Türkiyəli politoloq - Sputnik Azərbaycan
Ahmet Şimşek, Türkiyəli politoloq

Böhran vəziyyəti Almaniya kansleri Angela Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO sammitindəki görüşündə də özünü göstərib. Belə ki, bir neçə gün əvvəl Bundestaqdan olan bir neçə deputat İncirlik hərbi bazasındakı alman əsgərlərini ziyarət etmək istəmiş, lakin rəsmi Ankara buna icazə verməmişdi. Vəziyyətdən duyduğu narahatçılığı Varşavadakı görüş zamanı Ərdoğana çatdıran Angela Merkel həmkarının verdiyi cavab qarşısında şok yaşayıb.

Türkiyə mediasına görə, prezident Ərdoğan alman deputatların nə üçün İncirlik hərbi bazasına buraxılmamasını belə izah edib: "Həmin millət vəkillərinin təmsil olunduğu parlamentiniz, heç bir sübuta, sənədə söykənməyən uydurma "erməni soyqırımı"nı tanımaqla ən yaxın dostu olan Türkiyəni itirmək təhlükəsini gözə aldı. Əlaqələrin əvvəlki səviyyəyə qayıtması üçün bu saxta qərarı yenidən gözdən keçirməyinizə ümid edərdim".

Qatıldığı özəl televiziya kanalında Ərdoğanla keçirdiyi son görüşü şərh edən Merkel gizli qalan məqamlara toxunub. "Əsgərlərimizi ziyarətə şərait yaradılmadır" deyən kansler, üstüörtülü şəkildə ölkə parlamentini də tənqid edib.

"Görünən odur ki, erməni qərarı ucbatından Federal Məclislə Türkiyə hökuməti arasında böhran yaranıb. Yaranan problemin həlli üçün qarşı tərəflə mütəmadi təmasda olmalıyıq. Bu məsələni həll etməliyik", — deyə Angela Merkel bildirib.

Jurnalistin "bu vəziyyətdə alman əsgərlərin o bazada qalmasına ehtiyac varmı?" sualına, kansler belə cavab verib: "İndi danışıqların necə davam edəcəyi barədə düşünürəm. Buna ehtiyac var. Təəssüf ki, siyasətdə bir görüşlə hər şeyi həll etmək olmur".

İki ölkə münasibətlərinin hazırkı vəziyyətini Sputnik-ə şərh edən türkiyəli politoloq Ahmet Şimşek, Avropanın Türkiyəyə baxışının dəyişməli olduğunu deyib: "Almaniya, həmçinin də Avropa İttifaqı ölkələri Türkiyənin artıq üçüncü dünya dövləti olmadığını qəbul etməlidir. Əvvəllər olduğu kimi, "Nə istəsək, Türkiyə qəbul edər" fikrindən daşınmaq lazımdır".

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Politoloqun sözlərinə görə, Avropa uydurma "erməni soyqırımı" axmaqlığına davam etdikcə, bunun nəticələrinə də dözməlidir. "İncirlik" hərbi bazası ətrafında yaranan böhrana da toxunan Ahmet Şimşek deyib ki, İncirlik hər nə qədər hərbi baza olsa da, Türkiyənin ərazisidir: "Bu baza beynəlxalq qanunlara və Türkiyənin suverenlik haqlarına görə fəaliyyət göstərir".

Azərbaycanlı politoloq Zərdüşt Əlizadəyə görə isə, hazırki neqativ durum Türkiyə-Almaniya əlaqələrinə köklü təsir etməyəcək: "Bütün narazılıqlara, anlaşılmazlıqlara baxmayaraq, Türkiyə Almaniyaya, Almaniya da Türkiyəyə çox lazımdır. Onlar arasındakı, iqtisadi, insani münasibətlər dərin tarixə və köklərə malikdir".

"Yəni belə narazılıqlar arabir olacaq, amma müştərək əlaqələr bu iki dövləti əməkdaşlıq etməyə vadar edəcək. Almaniyada yaşayan milyonlarla türkün taleyi, NATO-dakı hərbi-siyasi müttəfiqlik, alman turistlərin istirahət üçün Türkiyəni seçməsi, bu ölkədə geniş bizneslərinin olması münasibətlərin daha da korlanmasına imkan verməyəcək", — siyasi müşahidəçi bildirib.

Z. Əlizadə Almaniya parlamentində qəbul edilən və gərginliyə səbəb olan uydurma "erməni soyqırımı" qərarının ötəri siyasi mənafe olduğunu qeyd edib: "Erməni məsələsinə gəlincə, bu, ötəri siyasi mənafe naminə atılmış addımdır. Ermənilər alət kimi istifadə olunmağa adət etmiş toplumdur. Görürsünüz, indi də alman-türk münasibətləri bir balaca korlanan kimi ortaya çıxırlar və məsələni şişirtməyə çalışırlar".

"Yenə deyirəm, bunlar ötəri şeylərdir. Bu iki dövlət arasında olan münasibətlər köklü və oturuşmuş vəziyyətdədir. Yəni əlaqələrin kəsiləcəyinə, birdən-birə yoxa çıxacağına heç kəs inanmaz", — politoloq vurğulayıb.

Xəbər lenti
0