BAKI, 11 iyul — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, amerikalı nazir səfər zamanı İraqın baş naziri Haydar əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək.
Karter, həmçinin İŞİD terrorçuları ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla da görüş keçirəcək. Məlumata görə, ABŞ müdafiə naziri İraqa Mosul şəhərinin terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün yollanıb.