CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda problemli kreditlərin həcmi maksimuma çatıb

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Yalnız may ayında problemli kreditlərin həcmi 132.9 mln. manat artıb. Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 mln. manat və yaxud 0,37% artıb.

BAKI, 11 iyul — Sputnik. Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi iyun ayının 1-nə 1 514,2 milyon manat təşkil edib. Sputnik Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ilk 4 ayın yekunu ilə müqayisədə 9,62% çoxdur.

Yalnız may ayında problemli kreditlərin həcmi 132.9 mln. manat artıb. Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 mln. manat və yaxud 0,37% artıb. Son bir ildə isə problemli kreditlər 201 mln. manat və yaxud 15,3% çoxalıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,9 faiz bəndi, bu ilin əvvəlindən 1,4 faiz bəndi, illik müqayisədə isə 2,2 faiz bəndi artaraq 8,3%-ə çatıb.

Xəbər lenti
0