SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Fransa prezidentləri Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

© AZƏRTACAzərbaycan və Fransa prezidentlərinin görüşü
Azərbaycan və Fransa prezidentlərinin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Olland ilə görüşüb.

BAKI, 9 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.

Bu barədə Sputnik prezidentin rəsmi saytına istinadən məlumat verir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirildi. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Xəbər lenti
0