BAKI, 9 iyul – Sputnik. Ukrayna prezidenti Petro Poroşenko dünənki NATO sammitində diqqət mərkəzinə düşüb. Prezidentin geyindiyini cırıq corablar sosial şəbəkələrdə geniş müzakirə olunub.
Sputnik Life.ru-ya istinadən xəbər verir ki, prezidentin cırıq corabı Varşavada Volınsk faciəsi qurbanlarının xatirəsini yad edən zaman görünüb.
У Порошенко носок порвался pic.twitter.com/BHijITRzqF
— Alexey (@Alekzzzzz) July 8, 2016
Ukraynalı Twitter istifadəçiləri mövzu ilə bağlı komik paylaşımlar da edib. “Cırıq corablar Poroşenkonun xarici səfərlər zamanı uniformasının bir hissəsidir, belə ki, bu halda o daha çox yardım qoparda bilir”, deyə istifadəçilər yazıb.