Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun yekun qərarı Rusiyanı qıcıqlandırmaq üçündür

© Photo : newsader.comNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Raket Əleyhinə Müdafiə sistemlərinin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi barədə razılıq olduqca təhlükəli qərardır. Bu birbaşa müharibəyə hazırlıq deməkdir.

BAKI, 9 iyul – Sputnik. Varşavada NATO-nun növbəti sammiti keçirilib. Üzv ölkələrin prezident və hökumət başçılarının iştirak etdiyi sammitin ilk günündə Rusiyaya qarşı bir sıra qərarlar qəbul edilib. 

Sputnik xəbər verir ki, konfrans sonrası mətbuata açıqlama verən baş katib Yens Stoltenberq Şərqi Avropanın Rusiya ilə sərhəddinə 4 min NATO əsgəri göndəriləcəyini bildirib. 

“NATO qüvvələri alyansın cənub-şərq bölgəsində hərbi mövcudluğunu gücləndirmək məqsədilə rumın generalların başçılığı altında çoxmillətli briqadanın yaradılması barədə razılığa gəlib. Nəzərdə tutulan 4 briqada Baltikyanı ölkələr və Polşaya yerləşdiriləcək”, — deyə Stoltenberq qeyd edib. 

Senior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance. - Sputnik Azərbaycan
NATO sammitinin əsas hədəfi Rusiyadır

Alyansın baş katibi əlavə olaraq deyib ki, NATO-ya üzv dövlətlərin liderləri Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi barədə razılığa gəliblər: 

“Yeni qərarla Amerikanın İspaniyadakı hərbi gəmiləri, Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarətində fəaliyyət göstərə biləcək”.

NATO-da alınan qərarları Sputnik-ə şərh edən türk politoloq Ahmet Akaydın, Rusiya ilə NATO münasibətlərinin yenidən gərginləşə biləcəyini deyib. 

NATO-nun Varşava sammitinin iştirakçıları - Sputnik Azərbaycan
NATO-nun sammiti başlayıb

“Raket Əleyhinə Müdafiə sistemlərinin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi barədə razılıq olduqca təhlükəli qərardır. Bu birbaşa müharibəyə hazırlıq deməkdir. Əlbəttə, məqsəd Rusiyanın gözünü qorxutmaq olsa da, Moskvada bunu başqa cür də anlaya bilərlər. Üstəlik Avropanın şərqinə, Rusiya ilə sərhədə əlavə 4 min əsgərin göndərilməsi Moskvanı daha da qəzəbləndirə bilər. Onsuz da, Kreml son dövrlər bölgədə fəal siyasət aparırdı, NATO-nun yeni qərarları ilə birlikdə bu aqressivlik daha da arta bilər. Ona görə də, alyans qərarlar verən zaman Moskvanı çox da qıcıqlandırmamalıdır”, — deyə politoloq əlavə edib. 

Xəbər lenti
0