Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO sammitinin əsas hədəfi Rusiyadır

© NATOSenior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance.
Senior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance. - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Azər Rəşidoğlu hesab edir ki, Rusiya bu məsələyə seyrçi qala bilməz.

BAKI, 8 iyul-Sputnik. Polşanın paytaxtı Varşavada NATO sammiti başlayıb. Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

NATO-nun Varşava sammitinin iştirakçıları - Sputnik Azərbaycan
NATO-nun sammiti başlayıb
Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Politoloq Azər Rəşidoğlu "Sputnik"ə açıqlamasında bildirib ki, keçirilən sammit jest xarakteri daşıyır: "Polşa və Baltikyani ölkələrin NATO-ya açılması Cənubi Qafqazı da Avro-Atlantik məkana inteqrasiyaya sövq edir. Artıq Gürcüstanın bu alyansla daha sıx əməkdaşlığı və orada qərbyönlü siyasi hakimiyyətin bərqərar olması prosesinə başlandığı görünür. Bu, MDB məkanına təsirini göstərəcək və Avro-Atlantik məkanına inteqrasiya meyilləri güclənəcək".

Ekspert hesab edir ki, NATO sammitinin əsas hədəfi Rusiyadır. "Bu baxımdan, Rusiya bu məsələyə seyrçi qala bilməz. Odur ki, bu istiqamətdə hər-hansı bir addım atarkən ölkənin maraqlarının buna nə dərəcədə cavab verdiyini düşünmək lazım gəlir", — deyə o əlavə edib.

Azər Rəşidoğlunun sözlərinə görə, sammitin Azərbaycan diplomatiyasına birbaşa təsiri olmayacaq: "Güman edirəm ki, Azərbaycan birmənalı şəkildə ortaya mövqe qoymayacaq və açıq qapı, balanslaşdırılmış diplomatiya siyasətini davam etdirəcək. Yəni Azərbaycan prezidentinin Varşavada NATO sammitində iştirak etməsi Avro-Atlantik məkana inteqrasiya meyillərindən xəbər verir.

Varşavada bugün NATO-nun sammiti başlayır - Sputnik Azərbaycan
NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
Buna baxmayaraq, yaxınlarda Rusiya xarici işlər naziri Lavrovun Azərbaycana səfəri, həmçinin Azərbaycan və Rusiya prezidentlərinin görüşü nəzərdə tutulub. Geosiyasi müstəvidə rəsmi Bakı balans siyasətini davam etdirir. Yəni, həmin sammitin Azərbaycan diplomatiyasına birbaşa təsirinin olacağını ehtimal etmirəm, amma ümumillikdə MDB məkanında anti-rusiya meyillərinin güclənəcəyini və Avro-Atlantik məkana inteqrasiya tendensiyasının artan xətt üzrə inkişaf edəcəyini proqnozlaşdıra bilərik".

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.

Xəbər lenti
0