Amerika polisi 491 insanı öldürüb

Abunə olmaq
Polislər afroamerikanlılara ağdərililərlə müqayisədə 2,5 dəfə çox atəş açıblar.

BAKI, 8 iyul-Sputnik. ABŞ polisinin əməkdaşları 2016-cı ildə xidməti vəzifələrini yerinə yetirərkən 491 insanı öldürüblər.

Barak Obama, ABŞ prezidenti - Sputnik Azərbaycan
Qaradərililərin öldürülməsi Barak Obamanı da qəzəbləndirdi
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur.

Sputnik "The Washington Post"-a istinadla xəbər verir ki, Amerika polislərinin xidməti silahlardan sərbəst istifadəsi ölkə əhalisinin narazılığını getdikcə artırır.

Polislər afroamerikanlılara ağdərililərlə müqayisədə 2,5 dəfə çox atəş açıblar. Bu atəş nəticəsində həlak olanların təxminən yarısı ağdərililər, digər yarısı isə milli azlıqların nümayəndələri olub.

Öldürülənlərin 10 faizinin insident zamanı silahı olmayıb.

2016-cı ilin 6 ayı ərzində 20 polis əməkdaşı silahlı münaqişədə həyatını itirib. Ötən ilin analoji dövründə bu rəqəm 16 olub.

Xəbər lenti
0