BAKI, 8 iyul-Sputnik. Mərkəzi Bankı (MB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Sputnik xəbər verir ki, iyulun 11-də keçiriləcək dolayı depozit hərracına 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 30 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Qeyd edək ki, bu MB-nin təşkil etdiyi 3-cü depozit hərracı olacaq.